• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Danimarka və Almaniya tunel tikintisini elan etdi

DÜNYA

29 Iyun 2024 | 09:18

Danimarka və Almaniya tunel tikintisini elan etdi

Danimarka və Almaniya Baltik dənizinin altında sualtı tunelin tikintisini elan ediblər.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə “Naked Science” məlumat yayıb.

Məlumata görə, DanimarkaAlmaniya hakimiyyət orqanları 2029-cu ilə qədər Baltik dənizinin altında Danimarkanın Rodbi şəhərini Almaniyanın Putqarten icması ilə birləşdirmək üçün sualtı tunel tikmək barədə razılığa gəliblər.

Turistlərin Fehmarnbelt tunelini qatarla yeddi dəqiqəyə, yaxud avtomobillə 10 dəqiqəyə keçə biləcəkləri gözlənilir.

"Bu gün bərə ilə bu su maneəsini dəf etmək 45 dəqiqə çəkir".

Qeyd edilir ki, bu tunel daxili eninə görə Qərbi Avropada ən böyük tunel olacaq və onun istismar müddəti ən azı 120 il olacaq.

Həmçinin bildirilib ki, tunel suyun altında orta hesabla 40 metr dərinlikdə quraşdırılacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Iyun 2024