• Bakı 26° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıb

DÜNYA

29 Iyun 2024 | 00:55

İran uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar quraşdırıb

İran Fordodakı obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Reuters" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatına istinadən məlumat yayıb.

Agentlik bundan əvvəl məlumat verib ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə qeyd edilir ki, AEBA dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.

Hesabatda qeyd olunur ki, İran bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacağını dəqiqləşdirməyib.


SON XƏBƏRLƏR

30 Iyun 2024