• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Fransalı nazirə vəbalı məktub göndərdilər

DÜNYA

28 Iyul 2024 | 22:13

Fransalı nazirə vəbalı məktub göndərdilər

Fransanın daxili işlər naziri Cerald Darmaninə üzərində vəba izləri olan məktub göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, irqçi təhqirlər və qara tozdan ibarət məktub Dijon yaxınlığında yerləşən Lonviç kommunasının poçt çeşidləmə mərkəzində ələ keçirilib. Məzmun polisin nüvə, radioloji, bioloji, kimyəvi və partlayıcı maddələr bölməsi tərəfindən araşdırılıb. Mütəxəssislər bu tozda kiçik vəba izləri aşkar ediblər.

İlkin nəticələri təsdiqləmək və ya təkzib etmək üçün laboratoriya tədqiqatları davam edir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024