• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Üsyançı generallar həbsxanaya GÖNDƏRİLDİ

DÜNYA

29 Iyun 2024 | 09:09

Üsyançı generallar həbsxanaya GÖNDƏRİLDİ

Boliviya məhkəməsi ölkədə dövlət çevrilişi təşkil etməyi planlaşdıran üsyançı generallar barədə yarım il müddətinə həbs qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bolivia TV” məhkəmənin qərarına istinadən məlumat yayıb.

"Terrorizmdə və dövlətin təhlükəsizliyinə və suverenliyinə silahlı cəhddə şübhəli bilinən Xuan Xose Suniqa, Xuan Arnes və Edison İraoleya Çonçokoro həbsxanasında altı aylıq profilaktik həbs təyin edilib", - efirdə bildirilib.

Daha əvvəl Boliviya Prezidenti Luis Arse keçmiş hərbçilərin və təqaüddə olan mülki şəxslərin çevriliş təşkil etməyə çalışdıqlarını söyləyib.

Xatırladaq ki, iyunun 26-da Boliviyada dövlət çevrilişi cəhdi baş verib. Üsyançı general Xuan Xose Suniqa ordu komandiri vəzifəsindən azad edilməsinə razı olmayıb, "demokratiyanı bərpa etmək" və siyasi məhbusları azad etmək tələbini irəli sürüb.


SON XƏBƏRLƏR

30 Iyun 2024