• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pentaqon: "Rusiya ən yaxşı elektron müharibə sistemlərinə malikdir"

DÜNYA

30 May 2024 | 12:48 | Müəllif: Gülşən Şərif

Pentaqon: "Rusiya ən yaxşı elektron müharibə sistemlərinə malikdir"

"Rusiyanın uzaqmənzilli elektron müharibəsinin ABŞ və NATO-nun yeni silah sistemlərini məğlub etmək üçün uyğunlaşa bilmə sürəti heyranedicidir".

Bakıvaxtı.az "Qazeta"ya istinadən xəbər verir ki, bunu Pentaqon zabiti Devid Payn deyib.

O, Rusiya sistemlərinin artıq Ukrayna münaqişəsində öz etibarlılığını nümayiş etdirdiyini bildirib.

"Qərbin Ukraynaya verdiyi raket və pilotsuz təyyarələrin 90%-ə qədəri hədəfinə çatmadığı üçün Rusiyanın elektron müharibə sistemləri döyüş meydanında öz effektivliyini artıq sübut edib. Pilotsuz uçan aparatların ümumi sayının yarıdan çoxu elektron müharibənin (EW) texniki vasitələri ilə məhv edilib". - deyə zabit qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR