• Bakı 21° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Ukraynada yaralanan azərbaycanlı vəkilin vəziyyəti açıqlandı

DÜNYA

30 Aprel 2024 | 15:28

Ukraynada yaralanan azərbaycanlı vəkilin vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat zonasında yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, Paşayev TASS-a açıqlamasında hazırda xəstəxanada olduğunu bildirib və səhhəti ilə bağlı məlumat verib:

“Uqledar şəhərində tərkibində olduğum bölməyə Ukrayna Silahlı Qüvvələrinin zərbə endirməsi nəticəsində yaralanmışam. Hazırda xəstəxanadayam. Danışmaqda çətinlik çəkirəm, həkimlər yardım göstərir”.

İlkin məlumata görə, hüquqşünas pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində yaralanıb. Bildirilir ki, hazırda onun həyatı üçün təhlükə olmasa da, ağır yaralanıb.


SON XƏBƏRLƏR

20 May 2024