• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bakı və İrəvan razılaşmasını alqışlayırıq - AKP

DÜNYA

30 Aprel 2024 | 20:14

Bakı və İrəvan razılaşmasını alqışlayırıq - AKP

Türkiyə Bakı ilə İrəvan arasında münasibətlərdə müsbət irəliləyişləri alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılığın əldə olunmasını şərh edərkən bildirib.

“Biz Azərbaycanla bağlı məsələləri yaxından izləyirik. Aprelin 19-da Azərbaycan və Ermənistanın sərhəd məsələləri ilə məşğul olan nümayəndə heyətləri yenidən görüşüb. Sərhəddə dirəklər qoyuldu. Biz bu mesajı dəyərli və müsbət hesab edirik. Azərbaycana qarşı təcavüzdən imtina mesajını alqışlayırıq”, - deyə Çelik bildirib.


SON XƏBƏRLƏR