• Bakı 13° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

ABŞ səfirliyi azərbaycanlı şahmatçını təbrik etdi

CƏMİYYƏT

30 Aprel 2024 | 15:04

ABŞ səfirliyi azərbaycanlı şahmatçını təbrik etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı Avropa çempionatında qələbəsi münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Yunanıstanın Rodos şəhərində keçirilən yarışlarda 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.


SON XƏBƏRLƏR