• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qurban bayramı ərəfəsində ƏNƏNƏVİ BAHALAŞMA

CƏMİYYƏT

30 May 2024 | 12:23 | Müəllif: Qalib İbrahimoğlu

Qurban bayramı ərəfəsində ƏNƏNƏVİ BAHALAŞMA

Azərbaycanda heyvan bazarında bahalaşma hiss olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, xüsusilə də xırdabuynuzlu heyvanların qiymətində fərq var. Bunun Qurban bayramı ilə əlaqəli olduğu deyilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ənənəvi olaraq Azərbaycanda Qurban bayramından öncə həm iribuynuzlu heyvan ətində, həm də qoyun ətində bahalaşma müşahidə olunur.

Onun sözlərinə görə, son zamanlarda bu tendensiya qüvvədə olub ki, xüsusi olaraq qoyun ətində müəyyən bahalaşmalar gözlənilir.

Natiq Cəfərli: Ətin qiymətində müəyyən artmalar mümkün ola bilər

“Bu səbəbdən düşünürəm ki, ətin qiymətində müəyyən artmalar mümkün ola bilər”,- deyə Natiq Cəfərli əlavə edib.

Qeyd edək ki, iyun ayının 16 və 17-si Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Lalə Padarova

BDU-nun tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026