• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Bu rayonlara daha çox yağış yağıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

29 Iyun 2024 | 09:55

Bu rayonlara daha çox yağış yağıb - FAKTİKİ HAVA

İyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.

Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.


SON XƏBƏRLƏR