• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Qalmaqal bitdi – Nura Şəbnəmi təriflədi

MƏDƏNİYYƏT-ŞOU

01 Iyul 2024 | 10:55

Qalmaqal bitdi – Nura Şəbnəmi təriflədi

“Müğənnilərin hamısını gətirib bir sıraya düzürlər. Mən bununla razı deyiləm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Zarafat bir yana” şousunda deyib.

Sənət dostlarından danışan ifaçı küsülü olduğu həmkarı Şəbnəm Tovuzludan da söz salıb.

O, Şəbnəmi tərif atəşinə tutub:

“Şəbnəm Tovuzluya qarşı aqressiya görürəm, halbuki adam toyda elə canlı ifa edir ki... Bu gün estradamızda olan bir çox müğənni ona baxıb həsəd apara bilər. Çox gözəl oxuyur. Mahnılarını bəyənmirəm, amma seçimi fərqlidir. O, mənim zövqümə uyğun yaşamalı deyil ki!? Mənim zövqüm başqadır, onun zövqü başqa. Amma ona “pis musiqiçi” demək olmaz”.

Xatırladaq ki, ötən il Nura Suri Şəbnəm Tovuzlunun mahnılarını bəyənməyib, səsinə effektlər əlavə etdirdiyini və gündəmə gəlmək üçün onunla qalmaqal etməyə çalışdığını deyib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

02 Iyul 2024