• Bakı 25° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Azərbaycanda avtomobil qoyun sürüsünə çırpılıb: Xəsarət alan var - FOTOLAR

HADİSƏ

01 Iyul 2024 | 00:38

Azərbaycanda avtomobil qoyun sürüsünə çırpılıb: Xəsarət alan var - FOTOLAR

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-cil il təvəllüdlü Quliyev Şamil Qəni oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR