• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Peskov: Moskva Ukrayna SQ-nin Belarus sərhədinə yerləşdirilməsindən narahatdır

DÜNYA

01 Iyul 2024 | 14:05

Peskov: Moskva Ukrayna SQ-nin Belarus sərhədinə yerləşdirilməsindən narahatdır

Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədinə yerləşdirilməsi Moskvanın narahatlığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus ittifaq dövlətidir, bizim bütün müvafiq qurumlar, o cümlədən xüsusi xidmətlər arasında xüsusi dialoq formatları var və bizim müdafiə nazirliklərimiz tərəfdaşlar kimi daim əlaqə saxlayırlar. Ona görə də əlbəttə ki, bunlar təkcə Minski deyil, həm də Moskvanı narahat edən səbəblərdir, çünki biz həqiqətən müttəfiq və tərəfdaşıq”, - deyə Kremlin sözçüsü vurğulayıb.APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026