• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Qəbul imtahanlarının nəticələri elan edildi

CƏMİYYƏT

01 Iyul 2024 | 12:24

Qəbul imtahanlarının nəticələri elan edildi

İyulun 1-də Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib. Sözügedən imtahanlar 21, 22, 23 iyun tarixlərində təşkil olunub.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. Qeyd edək ki, bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.

    Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün 9 iyul saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

    Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 4 iyul saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.


    SON XƏBƏRLƏR

    02 Iyul 2024