• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

AMB uçot dərəcəsini endirəcək

İQTİSADİYYAT

01 Iyul 2024 | 11:19

AMB uçot dərəcəsini endirəcək

Beynəlxalq iqtisadi statistika portalı olan "Trading Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini daha da azaldacağını proqnozlaşdırıb.

Bakıvaxtı.az bu barədə Mərkəzi Banka istinadən məlumat verir.

"Trading Economics" qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda faiz dərəcəsinin bu ilin üçüncü rübün sonuna qədər 7%, ilin sonunda isə 6,5% olacağı gözlənilir.

"Bizim ekonometrik modellərimizə əsasən, uzunmüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini 2025-ci ildə 5,50%, 2026-cı ildə isə 5,00% civarında müəyyən edəcək"- "Trading Economics" əlavə edib.

Qeyd edək ki, sonuncu dəfə bu il iyunun 21-də AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.


SON XƏBƏRLƏR

02 Iyul 2024