• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Yaponiya müşahidə peykinin buraxılışını təxirə salıb

DÜNYA

01 Iyul 2024 | 11:41

Yaponiya müşahidə peykinin buraxılışını təxirə salıb

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) hava şəraiti ilə əlaqədar H3 raketi ilə yeni tipli “ALOS-4” müşahidə peykinin buraxılışını təxirə salıb.

Bakıvaxtı.az xəbər verir ki, cənubdakı Taneqaşima Kosmik Mərkəzindən yeni tipli müşahidə peykinin orbitə buraxılması qrafikində dəyişiklik edilib.

İyunun 30-da orbitə buraxılacağı açıqlanan müşahidə peyki ölkənin cənub rayonlarında pis hava şəraiti ilə əlaqədar həftənin əvvəlində orbitə buraxılacaq.

Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış infraqırmızı sensorlu "Qabaqcıl Quruda Müşahidə Peyki" (ALOS-4) istifadədə olan ALOS-2-ni əvəz edəcək.

Yeni tipli “ALOS-4” peyki fəlakətin xəritəsini tərtib etmək üçün məlumatların toplanması və raket sınaqları da daxil olmaqla hərbi fəaliyyətlərin monitorinqi kimi kəşfiyyat missiyalarını yerinə yetirəcək.

Günel Abbas


SON XƏBƏRLƏR

02 Iyul 2024