• Bakı 29° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

İranda namizədlərin debatı baş tutacaq

DÜNYA

01 Iyul 2024 | 10:40

İranda namizədlərin debatı baş tutacaq

Bu gündən etibarən, İranda prezident seçkilərinin ikinci turunda namizədlərin ilk debatı baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, debat iki saat davam edəcək. Prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili bu müddət ərzində mədəni-siyasi problemlər çərçivəsində suallara cavab verəcək.

Məlumata görə, teledebat İranın “Birinci kanalı” ilə yerli vaxtla saat 21.30 -dan 23.30-dək yayımlanacaq.

İyunun 28-də İranda prezident seçkisi keçirilib. Məsud Pezeşkian səslərin 43 faizini, Səid Cəlili 38 faizinin toplayaraq ikinci tura keçib. İkinci tur iyulun 5-də keçiriləcək.


SON XƏBƏRLƏR

02 Iyul 2024