• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mahmud Abbas HƏMAS rəhbərinin öldürülməsini pisləyib

DÜNYA

31 Iyul 2024 | 09:54

Mahmud Abbas HƏMAS rəhbərinin öldürülməsini pisləyib

Fələstin Prezidenti Mahmud Abbas HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib.

Bakıvaxtı.az WAFA Agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

“​Bu, qorxaqlıq və təhlükəli hadisədir”, - deyə bəyanatda bildirilib. Açıqlamada deyilir ki, M. Abbas vətəndaşları birliyə, səbrə və möhkəmliyə çağırıb.

Qeyd edək ki, İ. Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saatlarıbna onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026