• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə - VİDEO

DÜNYA

29 Avqust 2024 | 23:13

Eagle Partner 2024 təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə - VİDEO

Bu il iyulun 15-dən 24-dək Ermənistan ərazisində keçirilən ABŞ-Ermənistan hərbi təlimləri Cənubi Qafqazda regional təhlükəsizlik kontekstində ciddi suallar yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Caliber" "YouTube" kanalının süjetində məlumat verilib.

Süjetdə qeyd olunur ki, bu təlimlərin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün erməni birləşmələrinin döyüş hazırlığını artırmaq kimi rəsmi bəyan edilmiş məqsədləri ABŞ hərbi texnikasının iştirakı fonunda şübhəli görünür.

Açıq mənbələrdən alınan məlumatlara əsasən, İrəvanın Zvartnots hava limanında ABŞ-nin "M1296 Stryker Dragoon (ICVD)" döyüş maşınının "C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsindən boşaldılması qeydə alınıb. Sonradan həmin maşın Ermənistanın Armavir şəhərindəki poliqonda görünüb. Qeyd etmək lazımdır ki, "M1296 Stryker Dragoon" piyadaların daşınması və atəş dəstəyinin təmin edilməsi üçün nəzərdə tutulmuş müasir döyüş maşınıdır.

Daha ətraflı videoda:


SON XƏBƏRLƏR

13 Sentyabr 2024