• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb

DÜNYA

28 Sentyabr 2024 | 20:11

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb

Xilasetmə qüvvələri Mahaçqala (Dağıstan, Rusiya) yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş yanğını söndürüblər.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Nazirliyin xilasetmə qüvvələri dağıntıların təmizlənməsini davam etdirir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 26-da axşam saatlarında Mahaçqalanın şəhərətrafında yerləşən Yeni Xuşet qəsəbəsindəki yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər, o cümlədən iki uşaq həlak olub, daha 11 nəfər xəsarət alıb.


SON XƏBƏRLƏR