• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Lavrov: "Yaxın Şərq böyük müharibənin astanasındadır"

DÜNYA

28 Sentyabr 2024 | 16:59

Lavrov: Yaxın Şərq böyük müharibənin astanasındadır

“Yaxın Şərq yenidən özünü böyük müharibənin astanasındadır. Görünür, bunu kimlərsə həqiqətən də istəyirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu RF xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. 

Nazir qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının atəşkəsə çağıran qətnamələrinə baxmayaraq, İsrail ordusunun əməliyyatı davam edir. 
İsrailin hərəkətlərinin Livanın suverenliyini kobud şəkildə pozduğunu qeyd edən Lavrov  bildirib ki, Qərbi Qüdsün seçdiyi müharibə yolu onun məcburi köçkünləri ölkənin şimalına qaytarmasına kömək etməyəcək və Livan-İsrail sərhədində təhlükəsizliyi təmin etməyəcək.(olke.az)


SON XƏBƏRLƏR