İndoneziya hakimiyyəti ölkədə yeni "Apple" smartfonlarının satışını qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Sənaye Nazirliyi açıqlamasında Amerika korporasiyasının yerli qanunvericiliyə əməl etmədiyini bildirib.
Belə ki, qanuna görə, xarici şirkət öz məhsullarında İndoneziyada istehsal olunan komponentlərin ən azı 40 faizindən istifadə etməlidir.
Oktyabrın əvvəlində İndoneziya rəsmiləri bildiriblər ki, "Apple" Asiya ölkəsinin iqtisadiyyatına 1,5 trilyon rupi sərmayə qoyub ki, bu da tələb olunan 1,7 trilyon rupidən aşağıdır.
Qeyd olunub ki, iPhone 16-nın satışı dayandırılsa da, şirkət yerli bazara köhnə smartfon modellərini təqdim etməyə davam edə bilər.
"Apple"ın rəqibləri "Samsung" və "Xiaomi"nin qaydalara riayət etmək üçün İndoneziyada fabrik açdığı bildirilib.
Həmçinin nəzərə çatdırılıb ki, iqtisadiyyata investisiyaları artırmağın digər yolları komponentlərin alınması və İndoneziyada mütəxəssislərin işə götürülməsidir.
Mina Mikayılova











