İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə fəaliyyətinin şəffaf olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında həyata keçirildiyini bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İslami Nazirlər Kabinetinin iclasından sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
O, qeyd edib ki, İranın nüvə proqramı və marşrutu aydındır:
"Prosesər şəffaf və dincdir. Bizim bütün fəaliyyətlərimiz MAQATE-nin nəzarəti altında və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsindədir".
Əli Hüseynov