• Bakı C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Britaniya şirkəti ilə aviasiya sahəsində əməkdaşlıq müzakirə edildi

İQTİSADİYYAT

23 Yanvar 2026 | 11:30

Britaniya şirkəti ilə aviasiya sahəsində əməkdaşlıq müzakirə edildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Böyük Britaniyanın "Menzies Aviation" şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşüb. Nazir şirkət rəhbəri ilə aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında bildirib.

"Aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirələrimiz oldu. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsini qeyd etdik," - deyə M.Cabbarov qeyd edib.


SON XƏBƏRLƏR