Qəzzada ölənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 48 saat ərzində 96 fələstinli həlak olub, 277 fələstinli isə yaralanıb.
Bununla da, 7 oktyabr 2023-cü ildən bəri İsrail hərbi qüvvələrinin Qəzzaya hücumları nəticəsində ən azı 43 020 nəfər ölüb, 101 110 nəfər isə yaralanıb.
Mina Mikayılova
















