• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

ABŞ-də prezident seçkiləri: Tramp Harrisi, yoxsa...

DÜNYA

28 Oktyabr 2024 | 16:45 | Müəllif: Əli Hüseynov

ABŞ-də prezident seçkiləri: Tramp Harrisi, yoxsa...

ABŞ-də keçirilən cari sorğuya görə, prezident seçkilərində həlledici olacaq 7 "yelləncək" ştatının hamısında Respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 0,9 faiz fərqlə yarışa başçılıq edir. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkiləri üçün geri sayım davam etdikcə, anketlərdə baş-başa qalan Harris və Tramp arasında rəqabət getdikcə qızışır. 

Belə ki, ABŞ-də prezident seçkiləri prosesində aparılan sorğuları dərc edən "Real Clear Politics (RCP)" xəbər platformasında oktyabrın 27-dən etibarən paylaşılan ölkə üzrə sorğuların ortalamasına görə, Trampla Harris arasında cəmi 0,1 faiz fərq var.

"Reuters", "CBS News", "Pew", "Harvard" və "NBC News" kimi məşhur anketlər də daxil olmaqla cari sorğuların orta göstəricilərinə görə, Tramp ölkə üzrə 48,5 faiz, Harris isə 48,4 faiz səs toplayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026