• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İstanbul boğazı gəmi keçidləri üçün açıldı - YENİLƏNİB

DÜNYA

28 Oktyabr 2024 | 16:11 | Müəllif: Gülşən Şərif

İstanbul boğazı gəmi keçidləri üçün açıldı - YENİLƏNİB

Boğazda dumana görə dayandırılan gəmilərin hərəkəti məhdud görüntünün yaxşılaşmasından sonra normal vəziyyətinə qaytarılıb.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bununla bağlı Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, boğazda gəmilərin hərəkəti cənub-şimal istiqamətində açılıb. 

***

15:00

Boğazda dumana görə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bununla bağlı Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama yayaıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, bir sıra reyslər həyata keçirilməyəcək.

Xidmətləri dayandırılmış xətlər:

Küçüksu - İstinye Xətti

İstinye - Çubuklu Avtomobil Feribot Xətti

Boğaziçi Gəliş Xətti

Rumeli Kavağı - Eminönü Xətti

Beykoz - Sarıyer Xətti

Kanlıca - Küçüksu - Beşiktaş - Kabataş Xətti

Aşiyan - Anadolu Hisarı - Küçüksu Ətraf Xətti

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR