• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Bu üç ölkə İsraili qınayıb

DÜNYA

28 Sentyabr 2024 | 17:16

Bu üç ölkə İsraili qınayıb

Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov, Abbas Əraqçi və Hakan Fidan İsrailin Suriyaya özbaşına hava hücumlarını pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətində BMT Baş Assambleyasının Nyu-Yorkda Astana formatında keçirilən 79-cu sessiyası çərçivəsində nazirlərin görüşünün yekunlarına əsasən bildirilib.

“Nazirlər Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriya Ərəb Respublikasındakı vəziyyətə sabitliyi pozan təsirini qeyd ediblər və İsrailin Suriya ərazisində həyata keçirdiyi özbaşına hava hücumlarını pisləyiblər ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Qeyd olunur ki, tərəflər münaqişədən sonra yenidənqurma və suriyalı qaçqınların vətənlərinə qayıtması naminə Suriyaya xarici dəstəyin artırılmasının vacibliyini vurğulayıblar. Dəməşqə qarşı birtərəfli sanksiyaların mənfi rolu da qeyd olunur.

“Astana prosesinin qarant ölkələrinin Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səyləri davam etdirmək öhdəliyi təsdiqləndi. Xarici əlaqələr idarələrinin rəhbərləri Suriya Ərəb Respublikasında və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli nizamlanma problemlərini vurğulayıblar”, - Rusiya XİN-in bəyanatında deyilir.


SON XƏBƏRLƏR