• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İranın milli aviaşirkəti Beyruta uçuşları dayandırdı

DÜNYA

28 Sentyabr 2024 | 17:29

İranın milli aviaşirkəti Beyruta uçuşları dayandırdı

İranın “IranAir” Hava Yolları Şirkəti Beyrutun “Rəfiq Həriri” Aeroportuna bütün uçuşları ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın “IranAir” Hava Yolları Şirkətinin sözçüsü Hosam Qorbanəli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, uçuşlar təkrar bərpa olunduğu halda məlumat veriləcək.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu və İsrail Təhlükəsizlik Orqanları bundan öncə bildiriblər ki, İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar.


SON XƏBƏRLƏR