• Bakı 20° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Faciəvi şəkildə ölən Arzu BDU-nun tələbəsi imiş

HADİSƏ

28 Sentyabr 2024 | 21:15

Faciəvi şəkildə ölən Arzu BDU-nun tələbəsi imiş

Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı Arzu Niftalıyeva faciəvi şəkildə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, A. Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub.

O, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə təhsil alırmış.

Qeyd edək ki, nişanlı qız yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, Arzunun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. 


SON XƏBƏRLƏR

28 Sentyabr 2024