• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Zaqatalada 32 yaşlı qadın xəstəxanada ölüb

HADİSƏ

28 Sentyabr 2024 | 17:54

Zaqatalada 32 yaşlı qadın xəstəxanada ölüb

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Mosul kənd sakini 1992-ci il təvəllüdlü Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub. 32 yaşlı S. Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. S. Gülməmmədovanın ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Əldə olunan məlumata görə, S. Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR