• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiyada dəmir yolu körpüsündə güclü partlayış

DÜNYA

28 Sentyabr 2024 | 19:58

Rusiyada dəmir yolu körpüsündə güclü partlayış

Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə güclü partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Samara vilayətinin rəhbərliyi məlumat yayıb. 

Hadisə Kinel şəhəri yaxınlığındakı körpüdə (1136-cı kilometr) baş verib. Partlayış nəticəsində körpü yararsız vəziyyətə düşüb. 

Fövqəladə vəziyyətlə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hökumətin mətbuat xidməti insan tələfatının olmadığını bildirib. 

Hazırda təhlükəsizlik əməkdaşları hadisə yerindədir.


SON XƏBƏRLƏR