• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda oteli “Molotov kokteyli” ilə yandırdılar

DÜNYA

30 Aprel 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Ermənistanda oteli “Molotov kokteyli” ilə yandırdılar

Aprelin 30-da Kotayk rayonunda fövqəladə hadisə baş verib.

Bakıvaxtı.az erməni mediasına istinadla xəbər verir ki, Razdan şəhərinə gedən yolun üzərində yerləşən Yayıcı (Zovaber) kəndindəki “Mamur” otel kompleksində partlayış olması barədə polisə məlumat dail olub.

Müəyyən edilib ki, naməlum şəxs saat 04 radələrində “Mamur” otel kompleksinin gözətçi otağının pəncərəsinə butulka atıb və nəticədə şüşə sınıb. Bundan sonra partlayış və yanğın baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026