• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

CƏMİYYƏT

30 Aprel 2024 | 16:28

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

***

16:06

Növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərində cəmi 493 ailə (1 838 nəfər), Zabux kəndində isə cəmi 217 ailənin (823 nəfər) məskunlaşması təmin ediləcək.

***

08:25

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.


SON XƏBƏRLƏR

20 May 2024