• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ukrayna daha bir sazişdən çıxdı

DÜNYA

30 Aprel 2024 | 20:34 | Müəllif: Subhan Mahmudov

Ukrayna daha bir sazişdən çıxdı

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.

“Vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Ukrayna səhiyyə sahəsində əməkdaşlıq haqqında 1992-ci il iyunun 26-da Minskdə imzalanmış sazişdən çıxdı”, - o bildirib.

Ukrayna, həmçinin sazişə əlavə və dəyişikliklərlə bağlı iki protokoldan da çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026