• Bakı 13° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Ermənistanda Solovyovun verilişini başqa proqram əvəzləyəcək

DÜNYA

30 Aprel 2024 | 16:01

Ermənistanda Solovyovun verilişini başqa proqram əvəzləyəcək

Ermənistanın ictimai multipleksində Vladimir Solovyovun proqramını mədəni və ya bədii xarakterli veriliş əvəz edəcək.

Bakıvaxtı.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Ermənistanın Televiziya və Radio üzrə Komissiyasının sədri Tiqran Akopyan bildirib.

    O xatırladıb ki, Ermənistanda dövlətlərarası razılaşmaya əsasən yayımlanan Rusiya kanalları qanun pozuntularına yol verdikdə müvafiq protokol tərtib olunaraq, ölkənin Yüksək Texnologiyalar Nazirliyinə göndərilir.

    T. Akopyanın sözlərinə, əsas pozuntulara zorakılıqlara çağırış, eləcə də müharibətə təhrik edən bəyanatlar daxildir.

     

    Sədr onu da bildirib ki, Rusiya kanalları ilə bağlı sonuncu protokol iki həftə əvvəl tərtib olunub.


    SON XƏBƏRLƏR

    16 May 2024