• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qərbi Azərbaycanla bağlı iki kitab təqdim olundu

CƏMİYYƏT

18 Aprel 2024 | 12:11

Qərbi Azərbaycanla bağlı iki kitab təqdim olundu

 “...Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, konfransda “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən və Əfqan Vəliyevin müəllifi olduğu hər iki kitab Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr olunub.

Azərbaycan Respublikasının suverenliyi naminə həyatlarını qurban vermiş şəhidlərin xatirəsini anmaqla  başlayan, dövlət himni ilə davam edən konfransda Ümumilli Lider Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı videoçarx nümayiş olunub.

Təqdim edilən kitabların müəllifi, STM-in sektor müdiri Əfqan Vəliyev çıxış edərək diqqətə çatdırıb ki, təqdim edilən kitab o torpaqlara qayıdış mövuzusuna toxunması ilə bir ilk hesab oluna bilər.

Sonda müəllif tərəfindən konfransın iştirakçılarının sualları cavablandırıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR