• Bakı 18° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Azərbaycanda elektromobil ustası niyə azdır? - Özümüz nə bilirik ki, kimisə də öyrədək

CƏMİYYƏT

01 May 2024 | 11:26

Azərbaycanda elektromobil ustası niyə azdır? - Özümüz nə bilirik ki, kimisə də öyrədək

Hər bir sahə inkişaf etdiyi kimi, avtomobil sənayesi də bu inkişafdan geri qalmır. XXI əsrdə benzinlə işləyən avtobillərlə yanaşı, elektromobillər də meydana çıxmağa başlayıb.

Ekoloji cəhətdən təhlükəsiz olan, ətraf mühitə daha az zərər verdiyi bildirilən bu avtomobillər rahatlığına görə də əksəriyyətin seçimidir.

Amma digər avtomobillər kimi təbii ki, elektromobillərdə də nasazlıq yarana bilər.

Bəs görəsən Azərbaycanda bu avtomobilləri təmir edə, nasazlığı aradan qaldıra biləcək ustalar varmı? Onların hazırlıq səviyyəsi nə yerdədir?

Eldəniz Cəfərov, nəqliyyat eksperti

Bu barədə Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, elektromobilləri bizim ölkəmizə bir sıra avtomobil şirkətləri idxal edirlər və bu şirkətlərin böyük qisminin Azərbaycanda diller və distributoru var:

“Həmçinin onların servis mərkəzləri var ki, həmin avtomobildə nasazlıq yarandıqda həmin servis mərkəzində təmir olunur”.

Ekspertin sözlərinə görə, bəzən qeyri-rəsmi idxal olunan avtomobil vasitələri olur ki, onların təmiri burda çətindir, ehtiyat hissləri də, ustaları da olmur.

E.Cəfərov tövsiyə edir ki, Azərbaycanda təmir olunmayan, ehtiyat hissələri, servisi az olan nəqliyyat vasitələrini gətirməsinlər:

“Əmin olsunlar ki, həmin avtomobillərin servisi var, ondan sonra gətirsinlər. Hər bir avtomobil gətirən elektromobil şirkəti öz ustalarına təlimlər keçir”.

Sahil Ağabəyli, avtomobil ustası

Avtomobil ustası Sahil Ağabəyli isə Bakıvaxtı.az-a bildirib ki, son 5 ildə avtomobil istehsalında elektromobillər üstünlük təşkil edir.

S.Ağabəyli söyləyib ki, Azərbaycanda olan ustalar çox azdır ki, onlar da heç mütəxəssis deyillər:

“Bu gün Azərbaycanın özündən hansısa ölkələrə, məsələn, qonşu Türkiyəyə, Çinə, Dubaya və yaxud başqa yerlərə gedib avtomobil bazarı üçün mütəxəssis yetişdirmək lazımdır ki, həmin avtomobillərdə problem olanda o ustalar problemi aradan qaldıra bilsinlər”.

Müsahibimiz onlardan bir neçəsinin rəsmi servisi olmadığını, amma satışlarının həyata keçirildiyini, hətta rəsmi servislərdə belə tam mükəmməl, ideal təmir edən ustalarımızın olmamasını diqqətə çatdırıb.

Həmsöhbətimiz hesab edir ki, onların özlərinin harasa gedib təlim və ya seminarlarda iştirak etməyə, hər hansı ustalardan bilgilər almağa, zavodlara getməyə ehtiyacları var:

“Azərbaycanın belə bir ehtiyacı ola-ola hansısa usta yanına şagird götürüb öyrətməyəcək ki, elektromobilin bu şeyləri sıradan çıxıb. Dediyim odur ki, bizim özümüzün bu sahədə bilgimiz yoxdur ki, kimisə də öyrədək. Bizim özümüzün də elektromobil bazarında öyrənməyə ehtiyacımız var”.

Mina Mikayılova


SON XƏBƏRLƏR