• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər

CƏMİYYƏT

01 May 2024 | 13:44

Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər

2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları salamlayıb, onları burada qəbul etməkdən məmnun olduğunu qeyd edib.

Əvvəlcə qonaqlara DİN DQ-nin Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.


Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblərHərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblərHərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026