• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir

CƏMİYYƏT

31 May 2024 | 12:14

"Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir

Azərbaycan Kubokunun finalında "Qarabağ" ilə qarşılşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir.

Bakıvaxtı.az  Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu bacaracağı təqdirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.

“Qarabağ” isə yarışın 7 qat qalibidir. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.

Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub - “Qarabağ” (7), “Neftçi” (6), “Kəpəz” (4), “Xəzər Lənkəran”, “Bakı” (hər ikisi 3), “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ" (hər ikisi 2), “İnşaatçı”, “Şəfa” (hər iksi 1) qalib adına sahib çıxıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR