1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bakıvaxtı.az xatırladır ki, illərdi bu münasibətlə Milli Parkdakı atraksionlar uşaqların ixtiyarına pulsuz verilir. Belə ki, hər il iyunun 1-də saat 9.00-dan saat 13:00-a qədər uşaqlar bəzi atraksionlardan pulsuz istifadə edirlər.
Bəs görəsən ənənə bu il də davam edəcəkmi?
Məsələ ilə bağlı Bulvar İdarəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Mina Mikayılova
















