• Bakı 16° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Berlində “Amazon”un maşınları yandırıldı - VİDEO

DÜNYA

01 May 2024 | 13:23

Berlində “Amazon”un maşınları yandırıldı - VİDEO

Almaniyanın paytaxtı Berlində solçu qüvvələrin nümayəndələri genişmiqyaslı aksiya keçirib. Aksiyada təqribən 3000 nəfər iştirak edib. 

Bakıvaxtı.az “Bild”ə istinadən xəbər verir ki, aksiya zamanı nümayişçilər polisə yumurta, pirotexniki vasitə və daş atıblar. 

Aksiya zamanı “Amazon” şirkətinə məxsus 16 avtomobil yandırılıb. Hadisənin mayın 1-nə keçən gecə Tissenştrasse küçəsində baş verdiyi bildirilir. 

Məlumata görə, solçu qüvvələr Hamburq və Leypsiq şəhərlərində də nümayiş təşkil edib. 

Qeyd edək ki, bu gün də Berlində 20 nümayiş keçiriləcək. Bununla əlaqədar, paytaxt küçələrində təqribən 5500 asayiş keşikçisi növbə çəkəcək.


SON XƏBƏRLƏR