Rusiyada səyyar sığınacaqlar yarana bilər.
Bakıvaxtı.az xəbər verir ki, hökumətin müvafiq fərmanı layihəsi normativ hüquqi aktların layihələrinin federal portalında dərc edilib.
Məlumata görə, Rusiyada əhalini bütün növ silahların, o cümlədən nüvə silahlarının təsirindən qorumaq üçün modul mobil sığınacaqlar yarana bilər.
Sənədə əsasən, mülki müdafiə obyektlərinin yaradılması tam yığılmış konstruksiya və konstruksiyalardan, o cümlədən blok-modul tipli və ya digər materiallardan istifadə etməklə obyektlərin tikintisi yolu ilə həyata keçirilir.
Mina Mikayılova
















