Meksikanın Gerrero ştatında bələdiyyə sədrliyinə namizəd seçki kampaniyası zamanı silahlı hücum nəticəsində ölüb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, Koyuka de Benites şəhərinin merliyə namizədi Xose Alfredo Kabrera Barrientos seçiciləri ilə görüş zamanı hücuma məruz qalıb.
O, hadisə yerində vəfat edib.
Bələdiyyə sədrliyinə namizədi öldürən şübhəli şəxs polis tərəfindən ərazidə zərərsizləşdirilib.
Qeyd edək ki, 2023-cü ildən etibarən Meksikada 30 siyasətçi öldürülüb. Meksikada seçicilər iyunun 2-də federal və yerli səviyyələrdə, eləcə də prezident seçkilərində səs verəcəklər.
Gülşən Şərif
















