• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Çin ixracla bağlı yeni qərar verib

DÜNYA

31 May 2024 | 11:39 | Müəllif: Gülşən Şərif

Çin ixracla bağlı yeni qərar verib

Çin bəzi aerokosmik komponentlərin və texnologiyaların ixracını məhdudlaşdıracaq.

Bakıvaxtı.az "Sinxua"ya istinadən bildirir ki, bu barədə Baş Gömrük İdarəsi və Mərkəzi Hərbi Komissiyanın Avadanlıqların Təkmilləşdirilməsi İdarəsi ilə birgə məlumat yayıb.

Bildirilib ki, Çin iyulun 1-dən etibarən bəzi aerokosmik komponentlərin və texnologiyaların ixracını məhdudlaşdıracaq. 

Yeni qaydaların məqsədi milli təhlükəsizliyi daha yaxşı qorumaq və nüvə silahının yayılmaması kimi beynəlxalq öhdəlikləri yerinə yetirməkdir. Bu barədə  verilib.

Verilən məlumata görə, aerokosmik struktur komponentləri, mühərrik istehsalı və qaz turbinlərinin istehsalı ilə bağlı avadanlıq, proqram təminatı və texnologiyalar daxil olmaqla, məhsulların ixracı üçün ixrac lisenziyası tələb olunacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR