Avropa İttifaqı Türkiyə, Suriya və regionun gələcəyini dəstəkləmək üçün 2,12 milyard avroluq dəstək öhdəliyi götürüb.
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bununla bağlı Suriyaya və regiona dəstək üzrə VIII Brüssel Konfransında iştirak edən Avropa İttifaqı rəsmiləri məlumat verib.
Yardımın 1 milyard avrosu Türkiyədəki suriyalı qaçqınlar üçün istifadə olunacaq.
Konfransda vurğulanıb ki, Aİ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq danışıqlar yolu ilə siyasi həllə nail olmaq və Suriya xalqını dəstəkləmək üçün əlində olan bütün vasitələri səfərbər etməyə davam edəcək.
Gülşən Şərif
















