• Bakı 19° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Deputatlar əlbəyaxa oldular - VİDEO

DÜNYA

01 May 2024 | 13:07

Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentində plenar iclas başlamamış müxalifət nümayəndələri ilə hakim partiya təmsilçiləri arasında  dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NEWSGEORIGA" "Telegram" kanalı məlumat yayıb .

Məlumata görə, dava “Xarici agentlər haqqında” qanuna ikinci oxunuşda planlı baxılması ilə əlaqədar baş verib.

İnsident müxalifətin “Vahid Milli Hərəkat” siyasi assosiasiyasının rəhbəri Levan Xabeişvilinin yaralandığı xüsusi təyinatlı qüvvələrin hərəkətləri ilə bağlı hakimiyyətə qarşı ittihamlarla başlayıb .

İttihamlar təhlükəsizlik qüvvələrinə dəstək verən “Gürcü arzusu”nun nümayəndələrinin narazılığına səbəb olub. Materialda qeyd olunur ki, parlamentarilər arasında şifahi mübahisə davaya çevrilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 May 2024