• Bakı 21° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İndoneziyada Ruanq vulkanı yenidən püskürdü

DÜNYA

01 May 2024 | 11:20

İndoneziyada Ruanq vulkanı yenidən püskürdü

İndoneziyada Ruanq vulkanında növbəti püskürmə nəticəsində hava limanı bağlanıb.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) məlumat yayıb. 

Məlumata görə, vulkan püskürməsi nəticəsində xəbərdarlıq səviyyəsi 4-ə qaldırılıb və minlərlə insan evlərindən təxliyə edilib.

Püskürmədən sonra ştatın Sam Ratulanqi Beynəlxalq Hava Limanında bütün əməliyyatlar dayandırılıb.

Bildirilib ki, hava limanı sabah günorta saatlarına qədər bağlı qalacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR