• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyaya anomal şaxtalar gəlir

DÜNYA

31 May 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Rusiyaya anomal şaxtalar gəlir

Həftə sonuna kimi Rusiyanın Ural və Sibir regionlarının 12 rayonunda anomal soyuqlar gözlənilir. Havanın temperaturu iqlim normasından 7-11 dərəcə aşağı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfanda deyib.

Sinoptik bildirib ki, Uralın şimalında xüsusilə soyuq və qarlı hava gözlənilir:

"Yamalo-Nenets və Xantı-Mansi Muxtar dairələrində havanın temperaturu normadan 10 dərəcə aşağı olacaq.

Sibirin Omsk, Tomsk, Novosibirsk və Kemerovo vilayətləri, Altay diyarı və Xakasiya kimi əhalinin sıx məskunlaşdığı ərazilərində də +2 dərəcədən -4 dərəcəyə kimi kəskin soyuqlar gözlənilir ki, bu da iqlim normasından 7-11 dərəcə aşağıdır".

O əlavə edib ki, şaxtalar Kurqan, Sverdlovsk, Çelyabinsk vilayətlərində, eləcə də Tümen vilayətinin cənubunda da müşahidə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026