• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ABŞ Ukrayna ilə təhlükəsizlik paktı imzalaya bilər

DÜNYA

31 May 2024 | 00:55 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukrayna ilə təhlükəsizlik paktı imzalaya bilər

ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) qəzetinin məlumatında deyilir.

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski iyunda İtaliyada keçiriləcək "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində razılıq əldə edə bilərlər.

Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026